Ruslan Lunyov ikinci qızıl medalın bir addımlığında
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş açma üzrə təsnifat mərhələsi başa çatıb.

Azərbaycan idmançısı Ruslan Lunyov hamıdan yüksək nəticə göstərərək (572-21 xal) finala vəsiqə qazanıb.

Xatırladaq ki, Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəş açma yarışında hamıdan dəqiq olub - (581-25 xal).

Xəbər 627 dəfə oxundu.