Azərbaycanın və Türkiyənin qadın tennisçilərinin görüşü başa çatıb
Mayın 14-də “Bakı-2017”nin tennis yarışında qadınların mübarizəsində “A” qrupunda yer alan Azərbaycan və Türkiyə millilərinin qarşılaşması başa çatıb.

Oyunda Türkiyə millisi qalib gəlib. Türkiyə tennisçiləri hər üç görüşdə qalib gəliblər. Fərdi görüşlərdə Zemfira Ağapayova Ayla Aksuya, Umayra Həşimova Başak Əraydına uduzub. Cütlüklərin qarşılaşmasında Umayra Həşimova - Alina Qavriş dueti Berfu Cengiz - Melis Sezer cütlüyünə məğlub olub.

Xəbər 632 dəfə oxundu.