Boksçumuz Tamerlan Abdullayev dörddəbir finala vəsiqə qazanıb
Azərbaycan boksçusu Tamerlan Abdullayev (69 kq) IV İslam Həmrəyliyi Oyunlarının dörddəbir finalına vəsiqə qazanıb.

Millimizin səkkizdəbir finaldakı sonuncu təmsilçisi rəqibi, türkmənistanlı Muhemmetmirat Sahedovu hər üç raundda məğlub edib. Qarşılaşmada 5:0 hesabı ilə qələbə qazanan idmançımız dörddəbir finala yüksəlib. O, bu mərhələdə qətərli Tulasimaraam Tarumalinqam ilə üz-üzə gələcək. Döyüş mayın 15-də keçiriləcək.

T.Tarumalinqam səkkizdəbir finalda Qırğızıstan təmsilçisi Esen Raxmatovu mübarizədən kənarlaşdırıb.

Xəbər 526 dəfə oxundu.