Azərbaycan idmançısı İradə Aşumova qadınlar arasında 25 metrdən tapança ilə atəşaçmada finala yüksəlib
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarında qadınlar arasında 25 metrdən tapança ilə atəşaçma üzrə təsnifat mərhələsi başa çatıb.

Azərbaycan idmançısı İradə Aşumova finala vəsiqə qazanıb.

Azərbaycanı təmsil edən digər idmançılarımız - Zərifə Qasımova və Nigar Nəsirova təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xəbər 530 dəfə oxundu.