“Bakı-2017”: Kişi voleybolçuların yarışında Əlcəzair millisi Mərakeşə qalib gəlib
Mayın 14-də “Baku Crystal Hall”da IV İslam Həmrəyliyi Oyunlarında voleybol yarışlarının dördüncü gününə Mərakeşin və Əlcəzairin kişi komandaları arasında qarşılaşma ilə start verilib.

Matç 3:1 hesabı ilə Əlcəzair komandasının xeyrinə başa çatıb. Oyunda ilk set 25:18 hesabı ilə Mərakeş millisinin xeyrinə başa çatıb. Lakin birinci setdə məğlubiyyətə baxmayaraq, əzmkarlıq göstərən Əlcəzair yığması növbəti üç setdə (25:9, 25:21, 25:21) qələbə qazanaraq oyunun qalibi olub.

Saat 19.00-da keçiriləcək ikinci oyunda Azərbaycanın və Türkiyənin qadın voleybolçuları üz-üzə gələcəklər.

Günün sonuncu oyunu isə kişi voleybolçuların yarışında İran və Qətər milliləri arasında keçiriləcək.

Xəbər 590 dəfə oxundu.