Aleksandar Şoliç: “Son 30 dəqiqədə işimiz çox çətin oldu”
“AzAL-la kubokun 1/4 final mərhələsinin ilk görüşü çətin keçdi. Mən matçdan əvvəl də bu mərhələni keçəcəyimizə inanırdım”. Apasport.az saytının məlumatına görə, bu sözü “Bakı”nın futbolçusu Aleksandar Şoliç deyib.

Xorvatiyalı yarımmüdafiəçi Azərbaycan kubokunun 1/4 final mərhələsinin AzAL-la ilk oyunu (3:1) haqda fikirlərini açıqlayıb. Onun fikrincə, hesab 3:0 olanda komandada arxayınçılıq yarandı: “Bu üzdən son 30 dəqiqədə işimiz çox çətin oldu. Lakin ümumi götürəndə, yaxşı oynadıq. Cavab görüşündə də belə oynasaq, mərhələ adlayan komanda biz olacağıq. Konkret öz oyunuma gəlincə, hər matçda belə çıxış etməyə çalışıram. Bəzən alınır, bəzən çətin olur. Amma istənilən halda, var qüvvəmi meydanda qoyuram”.

Xəbər 1090 dəfə oxundu.