İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının ikinci günündə Azərbaycan doqquz idmançı ilə təmsil olunur
Mayın 14-də Bakı Atıcılıq Mərkəzində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının atıcılıq yarışlarının ikinci gününə start verilib.

Bu gün yarışda Azərbaycanın 9 idmançısı çıxış edəcək.

Yarışların ikinci günündə qarışıq komanda halında 10 metrdən pnevmatik tüfənglə atəşaçma, kişilərin 25 metrdən tapança ilə sürətli atəşaçma, qadınların 25 metrdən tapança ilə atəşaçma, kişilərin səngər stendi yarışları keçiriləcək.

Kişilər arasında 25 metrdən tapançadan atəşaçma yarışında Azərbaycanı Ruslan Lunyov təmsil edir.

Qeyd edək ki, Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı Ruslan Lunyov qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub - 581-25 xal.

Xəbər 574 dəfə oxundu.