Azərbaycanın dörd qadın paracüdoçusu "Bakı-2017"nin finalına çıxıb
Bakıda IV İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışları başlayıb.

Qadınların yarışında yarımfinalda 70 kiloqram çəkidə yarışan təmsilçilərimiz Ramilə Kaştayeva özbəkistanlı Gülruh Rahimovanı, Turanə Ağayeva isə türkiyəli Ayten Özyürükü məğlub edərək həlledici mərhələdə çıxış etmək imkanı qazanıblar.

Yarışlara yarımfinal mərhələsindən qoşulan digər qadın paracüdoçularımızdan Afaq Sultanova və Sevda Vəliyeva (hər ikisi 57 kq) müvafiq olaraq, Türkiyə və Özbəkistan idmançıları ilə görüşlərini qalibiyyətlə başa vuraraq finala yüksəliblər.

Xəbər 601 dəfə oxundu.