Əfran İsmayılov 2-ci dəfə “ayın oyunçusu” seçildi
Unibank Premyer Liqasında fevral ayının ən yaxşı futbolçusu müəyyənləşib. İdman.com.az saytının məlumatına görə, futbol klublarının baş məşqçiləri və kapitanları, həmçinin KİV nümayəndələri arasında aparılmış sorğu nəticəsində “Qarabağ” və Azərbaycan millisinin yarımmüdafiəçisi Əfran İsmayılov qalib adını qazanıb.

O, karyerasında ikinci dəfə “ayın oyunçusu” seçilib. Daha öncə İsmayılov 2009-cu ilin dekabrının ən yaxşısı olub. Mükafatlandırma mərasimi martın 15-də “UniPlaza”da keçiriləcək. Saat 17:00-da başlanacaq tədbirdə qalibə “Unibank”dan 1111 manat pul mükafatı, Peşəkar Futbol Liqasından (PFL) xatirə hədiyyəsi veriləcək.

Xəbər 1497 dəfə oxundu.