Cüdoçumuz Orxan Səfərovdan İslamiadada ilk qalibiyyət
IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışında daha bir təmsilçimiz medallar uğrunda mübarizəsini davam etdirir.

Mübarizəyə dörddəbir finaldan başlayan milli komandamızın üzvü Orxan Səfərov (60 kq) yəmənli rəqibi Ali Xousrof üzərində inamlı qələbə qazanıb və yarımfinala yüksəlib.

Xəbər 578 dəfə oxundu.