Azərbaycan boksçusu Kutaisidən qızıl medalla qayıdıb
Gürcüstanın Kutaisi şəhərində gənc boksçular arasında beynəlxalq turnirə yekun vurulub.

7 ölkədən 160-a yaxın dəri əlcək ustasının qatıldığı yarışda "Neftçi İdman Klubu”nun gənc boksçusu Orxan Həsənov uğurlu nəticəyə imza atıb.

Turnirdə 56 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bütün döyüşləri qələbə ilə başa vuraraq beynəlxalq turnirin qalibi adını qazanıb.

Xəbər 644 dəfə oxundu.