“Neftçi İdman Klubu”nun karateçiləri Avropa çempionatında 6 medal qazanıblar
Serbiyanın Subotiça şəhərində karate-do üzrə Avropa çempionatı başa çatıb. Yarışda qitənin 30 ölkəsini təmsil edən 2 mindən artıq karateçi qalib adı uğrunda mübarizə aparıb.

“Neftçi İdman Klubu”nun millimizin heyətində yer almış karateçilərindən 6-sı ölkəmizə medal qazandırmağa müvəffəq olub.

Klubun yetirmələrindən Sədi Namazov (21-39 yaş) kata yarışlarında Avropa çempionu adına yiyələnib. Kumite yarışlarında isə Həsən Quliyev, Rauf Aşrafov (hər ikisi 21-39 yaş), Eşqin Əsgərov (14-15 yaş, 57 kq), Abdulhüseyn Quliyev (10-11 yaş, 40 kq) və Nazim Bayramlı (12-13 yaş, 45 kq) qitə çempionatının bürünc medallarına sahib olublar

Xəbər 736 dəfə oxundu.