IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları dövriyyəyə buraxılıb
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş poçt markaları nəşr olunub.

4 idman növünü özündə əks etdirən poçt markaları artıq dövriyyəyə buraxılıb. Markaların üzərində tennis, gimnastika, boks və futbol idman növləri əks olunub.

"Belarusskiy dom peçati"də nəşr olunan markaların tirajı 10000, ölçüləri isə 40 x 28 millimetr təşkil edir. Poçt markalarının nominal dəyəri 0,5 AZN-dir.

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunlarında 21 idman növü üzrə 54 dövlətin 3 mindən çox idmançısının mübarizə aparacağı nəzərdə tutulub.

Xəbər 652 dəfə oxundu.