İslamiadanın ağır atletika yarışlarında 21 ölkədən 130 idmançı birincilik uğrunda mübarizə aparacaq | |
IV İslam Həmrəyliyi Oyunlarında ağır atletika yarışlarının vaxt cədvəli və iştirakçıların tam siyahısı müəyyənləşib. Yarışlarda körpücük üzərinə 21 ölkədən 130 idmançı çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyətlə (8 qadın və 8 kişi) qatılacaq. Ağır Atletika Akademiyasında keçiriləcək yarışlara çəkisi 56 kiloqram olan kişilərin mübarizəsi ilə start veriləcək. Birinci sessiya mayın 13-də saat 12:00-da başlayacaq. Bu çəkidə Azərbaycan yığma komandasının bir üzvü – Elmar Alıyev medal mübarizəsinə qoşulacaq. Ağır atletika yarışları mayın 13-17-də hər gün saat 12:00-da başlayacaq. Mayın 14-də iki, digər günlərdə isə üç qrupda (çəkidə) qaliblər müəyyən ediləcək. |
|
Xəbər 578 dəfə oxundu. |
|
|