Deividas Çesnauskis: Boşalmaq olmaz
«Yaxşı oynadıq. Nəticə xeyrimizədir». Bu sözü idman.com.az saytına açıqlamasında «Bakı»nın yarımmüdafiəçisi Deividas Çesnauskis deyib. Litvalı futbolçunun sözünə görə, həm komandasının, həm də AzAL-ın Avroliqaya çıxmaq imkanı yalnız ölkə kubokuna bağlıdır:

«İlk «altılığ»da liderlərdən xeyli geridə qalırıq. Ona görə, əsas qüvvəmizi kubok mübarizəsinə yönəlmişik. Qarşıdada cavab matçı var. Boşalmaq olmaz. Allahın köməkliyi ilə səfər matçından da sərfəli nəticə ilə dönərik».
Qeyd edək ki, dünən «Bakı» Azərbaycan kubokunun 1/4 finalının ilk görüşündə evdə AzAL klubunu 3:1 hesabı ilə məğlub edib.

Xəbər 1226 dəfə oxundu.