“Bakı-2017”: Əlcəzairin kişi həndbolçuları yarımfinala vəsiqə qazanıblar
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının həndbol yarışlarının qrup mərhələsinin sonuncu günündə - mayın 11-də günə Azərbaycanın və Əlcəzairin kişi həndbolçuları arasında qarşılaşma ilə yekun vurulub.

“A” qrupunda yer alan komandaların yarımfinal uğrunda görüşləri maraqlı idman mübarizəsi ilə yadda qalıb. Matçın ilk hissəsini 15:11 hesabı ilə Əlcəzair millisi öz xeyrinə tamamlayıb. Görüşün ikinci hissəsində də Əlcəzair yığması üstün olub - 20:11. Beləliklə, ümumi nəticədə 35:22 hesabı ilə qalib gələn Əlcəzair kollektivi yarımfinala sonuncu vəsiqənin sahibi olub.

Matçın ikinci hissəsinin 13-cü dəqiqəsində komandamızın qapıçısı Elnur Cahangirov qayda pozuntusuna görə oyundan kənarlaşdırılıb.

Qarşılaşmanı fransalı hakimlər briqadası idarə edib.

Xəbər 518 dəfə oxundu.