“Qəbələ” klubu müdafiəçisi Vitali Vernidubla müqavilə müddətini uzadıb
“Qəbələ” futbol klubu müdafiəçisi Vitali Vernidubla müqavilə müddətini uzadıb.

Ukraynalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2016-2017-ci il mövsümünün sonunda başa çatan 30 yaşlı futbolçu daha bir il “qırmızı-qara” formanı geyinəcək.

2015-ci ilin iyunundan “Qəbələ”nin şərəfini qoruyan Vernidub komandanın heyətində Premyer Liqanın 2015-2016-cı il mövsümündə bürünc, 2016-2017-ci il mövsümündə isə gümüş mükafat qazanıb. O, “qırmızı-qaralar”ın heyətində keçirdiyi 53 matçda 3 qol vurub. Ukraynalı müdafiəçi Premyer Liqada 25 oyunda 2, Avropa Liqasında 22 qarşılaşmada 1 dəfə fərqlənib, Azərbaycan kubokunda 6 matç keçirib.

Xəbər 640 dəfə oxundu.