İslamiada: Həndbol üzrə Səudiyyə Ərəbistanı millisi qrup mərhələsini məğlubiyyətsiz başa vurublar
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişi həndbolçuların yarışının qrup mərhələsinin sonuncu turunda “A” qrupunda yer alan Səudiyyə Ərəbistanı və Pakistan komandaları qarşılaşıblar.

Səudiyyə Ərəbistanı millisi oyunun ilk hissəsindən aşkar üstün oyun nümayiş etdirərək qalib gəlib - 18:10. Gərgin idman mübarizəsi şəraitində keçən ikinci hissə də Səudiyyə Ərəbistanının xeyrinə başa çatıb – 17:16. Beləliklə, yekun nəticədə 35:26 hesabı ilə qələbə qazanan Səudiyyə Ərəbistanı yarımfinala yüksəlib.

Oyunu azərbaycanlı hakimlər briqadası idarə edib.

Xəbər 547 dəfə oxundu.