İslamiada: Türkiyə və Oman futbol yığmaları üz-üzə
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışları davam edir.

Turnirin “B” qrupunun ikinci turu çərçivəsində Türkiyə millisi Oman yığması ilə qarşılaşır.

“AZAL Arena”da təşkil olunan görüşdə Türkiyə millisinin start heyətində Erhan Erentürk, Bahadır Öztürk, Gökhan Kardeş, Melih Okutan, Taylan Antalyalı, Muhammed Demirci, Onur Eris, İbrahim Serdar Aydın, Karahan Yasir Subaşı, Oğuzhan Kayar və Muhammed Beşir yer alıblar.

Oman millisinin isə ilk on birliyində meydana Hassan Əl-Saadi, Al-Mas Məcid Salim Əl-Saadi, Cuma Əl-Habsi, Cuma Mubarek Ambar Əl-Mamari, Marvan Vadi Avlad, Muhsen Əl-Qassani, İbrahim Əl-Savvafi, Ahmed Əl-Matruşi, Salaah Əl-Yahyai, Əziz Abdul Əl-Qeilani və Bilal Əl-Baluşi çıxıblar.

Görüşü gürcüstanlı hakimlər briqadası idarə edir.

Xəbər 588 dəfə oxundu.