“Lokomotiv” adlı-sanlı rəqibinə qalib gəldi
Bu gün qadın voleybolçular arasında Çellenc kubokunun ilk yarımfinal görüşləri keçirilib. İdman.com.az saytının məlumatına görə, ötən yarışın finalçısı “Lokomotiv” Belçikada “Gent” klubu ilə qarşılaşıb. Gəngin keçən matçda sonda səviyyə və təcrübə öz sözünü deyib. “Dəmiryolçular” “quru” hesablı qələbə qazanıb.
Qeyd edək ki, Bakı komandası cavab görüşünü martın 18-də evdə keçirəcək.

Çellenc kuboku. Qadınlar
1/2 final, ilk oyun

14 mart

“Gent” (Belçika) – “Lokomotiv” (Azərbaycan) – 0:3 (25:27, 24:26, 21:25)
Hakimlər: Kristian Volf (İsveçrə) və İngeborq Kuter (Niderland)

Xəbər 1179 dəfə oxundu.