"Azərenerji" ASC İslam Həmrəyliyi Oyunları zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
"Azərenerji" ASC IV İslam Həmrəyliyi Oyunları zamanı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bu sözləri "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev jurnalistlərə açıqlamasında deyib.

"Bütün stansiyalar, o cümlədən istilik və su elektrik stansiyaları, yarımstansiyalar və yüksək gərginlikli xətlər nominal rejimdə işləyir. Bu günlərdə biz təmir işlərini də müəyyən qədər dayandıracağıq", - deyə E.Pirverdiyev qeyd edib.

Xəbər 571 dəfə oxundu.