UEFA Çempionlar Liqasının ilk finalçısı “Yuventus” olub | |
Mayın 9-da UEFA Çempionlar Liqasının yarımfinal qarşılaşmaları çərçivəsində ilk cavab oyunu keçirilib. Turinin “Yuventus” klubu öz meydanında turnirin sürprizi Fransanın “Monako” kollektivini qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. “Yuventus”un heyətində Mandzukiç və Dani Alveş fərqləniblər, “Monako”nun yeganə qoluna isə Mbappe imza atıb. İlk matçda səfərdə rəqibini 2:0 hesabı ilə məğlub edən “Qoca sinyora” finala vəsiqə qazanıb. İtaliyalıların finaldakı rəqibi bu gün oynanılacaq “Atletiko”-“Real” qarşılaşmasından sonra müəyyənləşəcək. |
|
Xəbər 640 dəfə oxundu. |
|
|