İslamiada: Həndbol üzrə İraq millisi İordaniya üzərində asan qələbə qazanıb
Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında həndbol yarışının qrup mərhələsi çərçivəsində "B" qrupunda yer alan İraq və İordaniya yığmaları qarşılaşıblar.

Oyun İraq komandasının 37:15 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın ilk hissəsində 20:7 hesabı ilə qələbə qazanan İraq həndbolçuları ikinci hissəni də aktivlərinə yazıblar - 17:8.

İraq həndbolçuları görüşün sonlarını azlıqda keçirməli olub.

Belə ki, Məcid Alakayşi qarşılaşmanın 23-cü dəqiqəsində oyundan kənarlaşdırılıb.

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən oyunu misirli hakimlər briqadası idarə edib.

Xəbər 766 dəfə oxundu.