Azərbaycanlı boks hakimi İslamiadaya təyinat alıb | |
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək boks yarışlarını idarə edəcək hakimlərin siyahısı müəyyənləşib. "Baku Crystal Hall"da keçiriləcək yarışlara 27 ədalət təmsilçisi təyinat alıb. Siyahıda azərbaycanlı referi də var. Mayın 12-18-də keçiriləcək kişi boksçularının mübarizəsi zamanı Mehman Mürsəlov ədaləti qoruyacaq hakimlərdən biri olacaq. Qeyd edək ki, yığmamızın üzvləri İslamiadada 10 çəki dərəcəsinin hamısında rinqə çıxacaqlar. |
|
Xəbər 545 dəfə oxundu. |
|
|