Türkiyənin kişi həndbolçuları “Bakı-2017”yə qələbə ilə başlayıblar
Mayın 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında həndbol yarışının “B” qrupu çərçivəsində keçirilən ilk matçında Türkiyə milli komandası ilə Mərakeş yığması qarşılaşıb.

Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən matç 27:24 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.

Hər iki komanda matçın son dəqiqələrini azlıqda keçirib. Görüşün 24-cü dəqiqəsində türkiyəli Pektaş Alp Eren, iki dəqiqə sonra isə mərakeşli İsmaili Alaoui Mehdi oyundan kənarlaşdırılıblar.

Xəbər 594 dəfə oxundu.