Fələstin-Oman görüşü heç-heçə yekunlaşıb
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının “A” qrupu çərçivəsində keçirilən Fələstin-Oman görüşündə qalib müəyyənləşməyib.

“AZAL Arena”da keçirilən oyunun 5-ci dəqiqəsində fələstinli Oday Dabbaq hesabı açıb. Oyunun ilk hissəsi Fələstin millisinin minimal hesablı üstünlüyü ilə başa çatıb – 1:0.

İkinci hissəyə daha fəal başlayan Oman yığması oyunun 48-ci dəqiqəsində Marvan Vadi Avladın qolu ilə hesabı bərabərləşdirib. Görüşün 54-cü dəqiqəsində Oday Dabbaqın dublu ilə Fələstin yenidən hesabda önə çıxıb. Matçın 86-cı dəqiqəsində Marvan Vadi Avlad dubl edərək hesaba tarazlıq gətirib və oyunun sonunadək hesab dəyişməyib.

Moldovalı hakimlər briqadasının idarə etdiyi matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Xəbər 607 dəfə oxundu.