Futbol üzrə Azərbaycan millisi “Bakı-2017”də ilk oyununa çıxıb
Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarında ilk oyununa çıxıb.

“B” qrupunun ilk turu çərçivəsində millimiz Kamerun yığması ilə qarşılaşır.

Bayıl stadionunda keçirilən matçda millimizin start heyətində Şaxrudin Maqomedaliyev, Rahil Məmmədov, Sadiq Quliyev, Rəşad Sadiqov, Ağabala Ramazanov, Mahir Mədətov, Ruslan Abışov, Mirabdulla Abbasov, Məqsəd İsayev, Azər Salahlı və Vüqar Mustafayev yer alıblar.

Kamerun yığmasının ilk onbirliyində isə meydana Mouegni Bagnak, Etta Tomas Bavak, Pierre Kunde Malonq, Mişel Vaillant Mbiobe Mouegni, Frantz Pangop Tçidji, Andoulo Serge, Alan Paul Otia, Jin Nikols Koa Abanda, Simon Loti Omossolo Medjo, Erik Bertrand Alima Atanqana və Serges İvan Ekollo Malolo çıxıblar.

Görüşü gürcüstanlı hakimlər briqadası idarə edir.


Xəbər 688 dəfə oxundu.