“Kəpəz” klubu 7 futbolçusu ilə birillik müqavilə imzalayıb
Azərbaycan Premyer Liqasının növbəti mövsümü üçün transfer çalışmalarına başlayan “Kəpəz” ilk növbədə diqqəti son çempionatda komandanın heyətində çıxış etmiş futbolçulara yönəldib.

Gəncə klubunun 7 futbolçu ilə danışıqları müsbət nəticələnib.

Qapıçı Davud Kərimi, müdafiəçilər Şəhriyar Rəhimov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Azad Kərimov, yarımmüdafiəçilər Kərim Diniyev və Orxan Əliyev ilə yeni razılıq əldə edilib. Bu futbolçuların müqaviləsi daha bir il müddətinə artırılıb.

Xəbər 616 dəfə oxundu.