“Sevinirik ki, qalib gələ bildik”
““Kəpəz” ilə oyunun ağır olacağını bilirdik. Bu komanda son oyunlarda yaxşı təsir bağışlayır. Öz meydanında “Simurq”la “Qəbələ”ni məğlub edib. Səfərdə zaqatalalılarla heç-heçə oynamışdılar”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib. O, ölkə kubokunun 1/4 final mərhələsinin “Kəpəz”lə ilk oyunu haqda fikirlərini açıqlayıb:

“Kəpəz” öz oyununu tapıb. Digər tərəfdən Rəşad Abdullayev və Flavinyunun zədə üzündən bizə kömək edə bilməməyi oyunumuza təsirini göstərdi. Mübarizə şəraitində keçən oyun izlədik. Sevinirik ki, 2:1 hesabı ilə qalib gələ bildik”.
Qeyd edək ki, “Neftçi” “Kəpəz”lə səfər oyununda 2:1 hesabı ilə qalib gəlib.

Xəbər 1001 dəfə oxundu.