Azərbaycan Avropa çempionatında iştirakını təsdiqləyib
Mayın 29-dan iyunun 10-dək Minskdə keçiriləcək şahmat üzrə Avropa çempionatına ərizə vermək müddəti mayın 15-dək uzadılıb.

Turnir növbəti Dünya Kuboku üçün seçim yarışı xarakterindədir. FIDE-nin əsasnaməsinə və Avropa Şahmat İttifaqının idarə heyətinin qərarına əsasən Dünya Kubokuna 22 şahmatçı seçiləcək.

Hazırda 37 ölkə, o cümlədən Azərbaycan öz iştirakını təsdiqləyib. Azərbaycanı qrossmeysterlər Arkadi Naydiç, Eltac Səfərli, Rauf Məmmədov, Qədir Hüseynov, Nicat Abbasov, beynəlxalq ustalar Ülvi Sadıxov, Orxan Abdulov, Nərmin Xələfova, habelə FIDE ustası Kənan Qarayev təmsil edəcək.

Çempionat İsveçrə sistemi üzrə keçiriləcək və 11 turdan ibarət olacaq. Vaxta nəzarət: 40 gediş üçün 90 dəqiqə və partiyanın sonuna qədər hər gediş üçün 30 saniyə əlavə olunmaqla 30 dəqiqə.

Mükafat fondu 100000 avrodur.

Xəbər 1222 dəfə oxundu.