Azərbaycan triatlonçusu dünya kuboku yarışlarının gümüş medalını qazanıb | |
Azərbaycanın triatlon üzrə yığmasının üzvü Rostislav Pevstov Çenqduda (Çin) keçirilən dünya kuboku yarışlarının gümüş medalını qazanıb. Yarış iki mərhələdən ibarət olub. Əvvəlcə idmançılar yarımfinalda mübarizə aparıblar. Rostislav Pevtsov yarımfinalda 6-cı olub və finala vəsiqə qazanıb. Finalda 400 metrlik su məsafəsini idmançımız 4 dəqiqə 57 saniyəyə başa vurub. Ardınca isə 10 kilometr velodistansiyanı 13 dəqiqə 39 saniyəyə qət edib. Nəhayət, yarışların son mərhələsi – 2,5 kilometrlik qaçış zolağını R.Pevtsov 7 dəqiqə 2 saniyə nəticə ilə yekunlaşdırıb. Ümumi hesablamada R.Pevtsov 26 dəqiqə 48 saniyə nəticə göstərərək ikinci yerə sahib olub. Xatırladaq ki, cari mövsümdə R.Pevtsov Las-Palmasda keçirilən Avropa kubokunun qalibi olub və Rabat şəhərində təşkil olunan açıq Afrika kuboku yarışlarında qızıl medal qazanıb. |
|
Xəbər 512 dəfə oxundu. |
|
|