“Uduzsaq da, ümidimizi növbəti oyuna bağlamışıq”
“Çox gərgin oyun oldu. Komandamız birinci hissədə məğlub duruma düşsə də, sonra gücünü toplayıb 2 qol vurdu. Hesabı qoruya bilərdik. Sadəcə, müəyyən boşluqlara yol verdik. Nəticədə də məğlub olduq”. İdman.com.az saytının məlumatına görə, bu sözü “Xəzər Lənkəran”ın baş məşqçisi Cüneyd Biçər, ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “İnter” uduzduqları (2:3) oyundan sonra bildirib.

“İkinci hissədə də təhlükəli vəziyyətlərimiz oldu. Hakim təmiz penaltimizi vermədi. Qapımıza təyin olunan penalti isə, mənə görə, doğru deyildi. Uduzsaq da, ümidimizi növbəti oyuna bağlamışıq. Bir top fərqiylə məğlub olmuşuq. Hesab edirəm ki, cavab matçında növbəti mərhələyə çıxmaq olar” - deyə, türkiyəli Biçər bildirib.

Lider futbolçularından olan Rahid Əmirquliyevi əsas heyətdə oyuna salmamasıyla bağlı türkiyəli mütəxəssis bunları deyib: “Rahid son vaxtlar tez-tez ilk “onbirlik”də meydana çıxır. Keçən həftə zədə də almışdı. Ona görə də digər futbolçuları yoxladıq. Bu, həm də bizim taktiki gedişimiz idi”.

Xəbər 919 dəfə oxundu.