Monteneqroda “Heydər Əliyev Kuboku” uğrunda futbol və həndbol yarışları keçirilib
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, “Azmont Investments” şirkətinin dəstəyi ilə Podqoritsada “Heydər Əliyev Kuboku” uğrunda futbol və həndbol yarışları keçirilib.

Azərbaycan-Monteneqro İqtisadi-Mədəni Mərkəzinin direktoru Seyran Mirzəzadə tədbir iştirakçılarına zəngin siyasi təcrübəyə malik olan Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin qorunması, gücləndirilməsi sahəsində misilsiz xidmətləri barədə məlumat verib, bugünkü Azərbaycanın məhz onun əsasını qoyduğu sarsılmaz təməl üzərində daha da möhkəmləndiyini vurğulayıb. Ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına xüsusi əhəmiyyət verdiyi və bunun nəticəsində Azərbaycanın bir sıra mötəbər beynəlxalq yarışlara ev sahibliyi etdiyi, o cümlədən yaxın günlərdə Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi diqqətə çatdırılıb.

Sonda Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin müşaviri Anar Əcəmov, “Azmont Investments” şirkətinin icraçı direktoru Rəşad Əliyev, Monteneqronun tanınmış idmançıları Qoran Cukanoviç və Srdan Mrvalyeviç tərəfindən qaliblərə mükafatlar təqdim edilib.

Tədbir yerli mətbuatda geniş işıqlandırılıb.

AZƏRTAC

Xəbər 691 dəfə oxundu.