Vüqar Rəsulov ”Daşkənd Open 2017” turnirinin liderlərindən bir xal geri qalır
Daşkənddə Özbəkistanın birinci qrossmeysteri Qeorgi Aqzamovun xatirəsinə həsr olunmuş 11-ci “Daşkənd Open 2017” turniri davam edir.

Turnirin “A” qrupunda 15 ölkədən 75 şahmatçı, o cümlədən 13 qrossmeyster iştirak edir. Azərbaycanı qrossmeyster Vüqar Rəsulov təmsil edir.

Beş turdan sonra hər biri beş xal toplayan Pavel Kotsu (Qazaxıstan) və Kiril Stupak (Belarus) irəli çıxıblar. Doqquz şahmatçı, o cümlədən Vüqar Rəsulov onlardan bir xal geri qalırlar.

Azərbaycanlı şahmatçının aktivində dörd qələbə və bir məğlubiyyət var. Püşkatmanın nəticələrinə görə, Vüqar altıncı turda ağ fiqurlarla yerli şahmatçı Cavohir Sindarovla oynayacaq.

Beynəlxalq şahmat turniri İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. Mayın 10-da başa çatacaq turnirin mükafat fondu 20 min ABŞ dollarıdır.

Xəbər 648 dəfə oxundu.