IV İslam Həmrəyliyi Oyunlarında İranı 300 idmançı təmsil edəcək
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İran İslam Respublikasını 300 idmançı təmsil edəcək.

Bu barədə İranın Milli Olimpiya Komitəsinin sədri Şahrux Şahnazi məlumat verib. O bildirib ki, İran komandasının bayraqdarı tüfəngdən güllə atıcılığı üzrə London Olimpiadasının qızıl medal mükafatçısı Məhluqə Yanbozorg olacaq.

Gənc yaşlarına baxmayaraq, dəfələrlə qadınlar arasında İranda keçirilən yarışların qalibi olan idmançı bir çox beynəlxalq yarışlarda İranın idman şərəfini ləyaqətlə qoruyub.

İran komandasının bayraqdarı olması ilə fəxr etdiyini deyən M.Yanbozorg Bakının çox gözəl şəhər olduğunu və beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrildiyini bildirib.


AZƏRTAC

Xəbər 588 dəfə oxundu.