Qusarda cüdo bayramı
Xəbər verdiyimiz kimi, bu həftə Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub.

Qusar rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb. Qusarda cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Şimal-Şərq bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Xəbər 738 dəfə oxundu.