Daşkəsəndə rayon birinciliyi keçirilib
2-3 may tarixlərdə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin idman zalında ümummilli lider Heydər Əliyevin 94 illik yubileyi münasibəti ilə ümumtəhsil məktəbliləri arasında Yunan-Roma güləşi üzrə rayon birinciliyi keçirilib.

Ümumilikdə 13 çəki dərəcəsində 63 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda Heydər Əliyev yaradıcılığının təbliği, rayonda idmanın bu növünün inkişaf etdirilməsi, yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsi olub.

Yekun nəticələrə görə, birinci yerə İ.Nəsimi adına 1 saylı tam orta məktəb, ikinciyə Bayan kənd M.Mustafayev adına tam orta məktəb, üçüncüyə A.Mürsəlov adına 2 saylı tam orta məktəbin komandası layiq görülüb.

Sonda qalib komandalar və idmançılar yarışın təşkilat komitəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Xəbər 595 dəfə oxundu.