Avropa Şurası İdman nazirlərinin toplantısı keçirilir
Toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir

Martın 15-də Serbiyanın Belqrad şəhərində Avropa Şurası İdman Nazirlərinin 12-ci Konfransına start veriləcək.
Konfransda ölkəmizi gənclər və idman naziri Azad Rəhimov təmsil edəcək.
Tədbirdə “Oyunların nəticələrinin əvvəlcədən razılaşdırılmasına qarşı idmanın təmizliyinin və bütövlüyünün qorunub saxlanılması”, “Ümumavropa idman əməkdaşlığının cari siyasi məsələləri” və digər mövzular ətrafında müzakirələr aparılacaq.

Eyni zamanda konfrans çərçivəsində qonaqlar üçün idmanda ümum Avropa əməkdaşlığına dair təqdimat (WADA, Avropa İttifaqı, UEFA ilə əməkdaşlıq) ediləcək.
Qeyd edək ki, Avropa nazirlərinin əvvəlki konfransı Bakı şəhərində keçirilmişdi və qaydalara əsasən, gənclər və idman naziri Azad Rəhimov növbəti Konfransın həmsədrlərindən biridir.

Xəbər 1330 dəfə oxundu.