Norveç–Azərbaycan qarşılaşması Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək
2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının Norveç yığması ilə keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.

Norveç–Azərbaycan oyunu sentyabrın 1-də Oslo şəhərindəki Ullevaal stadionunda keçiriləcək.

Oyun yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22:45) başlayacaq.

Xəbər 674 dəfə oxundu.