Peyntbol üzrə Naxçıvan Muxtar Respublika turnirinə yekun vurulub
Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində “Heydər Əliyev kuboku” uğrunda ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilən peyntbol üzrə muxtar respublika turnirinə yekun vurulub.

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirliklərinin və Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən turnir Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunub.

Turnirin yekun nəticəsinə görə, I yerə Heydər Əliyev adına Hərbi Liseyin, II yerə Naxçıvan Musiqi Kollecinin, III yerə isə Naxçıvan Dövlət Texniki Kollecinin komandası layiq görülüb.

Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirliklərinin diplomları, Atıcılıq Federasiyasının medalları, qiymətli hədiyyələr və kubok təqdim olunub.

Xəbər 1148 dəfə oxundu.