Tural Axundov “Sumqayıt” ilə müqavilə imzalayıb
Üç futbolçu ilə yeni müqavilə imzalayan “Sumqayıt” klubu 2016/2017-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirir.

Komanda son olaraq "Kəpəz"də çıxış edən Tural Axundovu heyətinə qatıb.

İyirmi səkkiz yaşlı futbolçu “Sumqayıt” ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Tural Axundov “Kəpəz”dən (62 oyun, 11 qol) başqa, “Muğan” (39 oyun, 3 qol), “Rəvan” (54 oyun) və “Simurq”un (63 oyun) formasını geyinib.

Xəbər 619 dəfə oxundu.