“Neftçi” klubu U-10 Liqasının qalibi olub
AFFA-nın U-10 Liqasının 2016/2017-ci il mövsümünə yekun vurulub.

Final oyununda “Vətən” və “Neftçi” komandaları qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda daha 1 dəfə fərqlənən “Neftçi” U-10 Liqasının 2016/2017-ci il mövsümünün qalibi adını qazanıb. Üçüncü yeri isə “Qəbələ” komandası tutub.

Qarşılaşmadan sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov, baş katibin müavini Sərxan Hacıyev, Texniki direktor Bernhard Lippert təqdim ediblər.

Liqanın bombardiri 71 qolla “Qəbələ” komandasının futbolçusu Həsən Nəzərli olub. “Vətən”in oyunçusu Babamirzə Mehdiyev “Fair-play” mükafatına layiq görülüb. Anar Hüseynov (“Vətən”) liqanın ən yaxşı futbolçusu seçilib.

Xəbər 616 dəfə oxundu.