IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq cüdoçularımız məlum olub
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək cüdo üzrə Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Millimiz İslamiadada 9 kişi və 10 qadın cüdoçu ilə təmsil olunacaq.

Kişi cüdoçuların fərdi yarışlarında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi - 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi - 100 kq) mübarizə aparacaq. Komanda yarışlarında isə Rüfət İsmayılov (81 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) digər cüdoçularımızla birgə yarışacaq.

Qadınların mübarizəsində Aişə Qurbanlı, Erdenebat Bazarraqça (hər ikisi - 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova, Munxtsedev İçinxorlu (hər ikisi - 57 kq), Xanım Hüseynova (63 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) tatami üzərinə çıxacaq. Daha üç cüdoçu - Purevsuren Buyanxişiq (52 kq), Gülsədəf Kərimova (63 kq) və Kristina Jukavets (70 kq) qadınların komanda yarışları üçün sifariş olunub.

Qeyd edək ki, cüdo yarışları mayın 13-dən 16-dək Heydər Əliyev adına İdman Sarayında keçiriləcək.


Xəbər 604 dəfə oxundu.