Çempionlar Liqası: “Yuventus” səfərdə “Monako”nu məğlub edib
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

İtaliya təmsilçisi “Yuventus” Fransada “Monako” ilə qarşılaşıb. Oyunda hesab 29-cu dəqiqədə açılıb. Qonzalo İquayn İtaliya klubunu hesabda önə çıxarıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə böyük qüvvə ilə hücuma atılan “Monako” qapısında ikinci qolu görüb. Argentinalı hücumçu Qonzalo İquayn 59-cu dəqiqədə meydan sahiblərini ikinci dəfə mərkəzə dəvət edib. Qarşılaşmanın qalan dəqiqələri Fransa təmsilçinin çoxsaylı hücumları ilə keçib. Lakin “Yuventus”un etibarlı müdafiə xəttini yarmaq mümkün olmayıb. Oyun İtaliya təmsilçisinin 0:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mayın 3-də, həmçinin Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib. Hollandiya təmsilçisi “Ayaks” turnirin favoritlərindən sayılan Fransanın Avropadakı daha bir təmsilçisi “Lion”u qəbul edib. Bu dəfə də fransızlar meydanı məğlub tərk ediblər. Qarşılama 4:1 hesabı ilə “Ayaks”ın qələbəsi ilə başa çatıb.

Xəbər 752 dəfə oxundu.