İrina Kindzerska Azərbaycan uğrunda mübarizə aparacaq
Azərbaycanın qadınlardan ibarət cüdo yığmasının heyəti xeyli güclənəcək. Komandaya Monqolustandan Erdenebat Bazarraqça (48 kq), Purevsuren Buyanxişiq (52 kq), Munxtsedev İçinxorlu (57 kq), habelə ukraynalı İrina Kindzerska (78 kq-dən yuxarı) dəvət ediliblər.

Bir həftə sonra Bakıda başlayacaq İslam Həmrəyliyi Oyunları bu idmançılar üçün ilk start olacaq.

Qeyd edək ki, İ.Kindzerska artıq beynəlxalq aləmdə tanınır. Bu il o, Düsseldorfda Qran-pri yarışlarının qalibi olub. İrina 2013-cü ildə Budapeştdə Avropa çempionatının bürünc medalını da qazanıb. O, dünya reytinqində 18-ci yeri tutur.

Xəbər 670 dəfə oxundu.