Özbəkistan-Azərbaycan oyununda hesab açılmayıb
Mayın 3-də Özbəkistanda təlim-məşq toplanışında olan futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Özbəkistanın U-19 komandasına qarşı keçirilmiş oyunda hesab açılmayıb – 0:0.

Mayın 5-də bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.

Xəbər 599 dəfə oxundu.