Teymur Rəcəbova növbəti dəvət
Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov növbəti dəfə Rumıniyada keçiriləcək XX kateqoriyalı ənənəvi “Bazna Kings” beynəlxalq turnirinə dəvət alıb. İdman.com.az saytının məlumatına görə, təşkilatçılar iyunun 23-dən iyulun 4-ə kimi olacaq yarışda həmyerlimizlə yanaşı, Vişvanatan Anand, Sergey Karyakin, Vasili İvançuk və Maqnus Karlsen kimi ulduzların da turnirdə iştirak edəcəkləri bildiriblər. Lakin ev sahiblərinin iştirakçısı hələ dəqiqləşməyib. Onun Liviu–Diter Nisipyanu olacağı gözlənilir.

Xəbər 983 dəfə oxundu.