Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu keçiriləcək
Mayın 2-də Madrid derbisi – “Real”-“Atletiko” matçı ilə UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinə start veriləcək.

“Santyaqo Bernabeu” stadionunda keçiriləcək görüşə hər iki komanda ciddi itkilərlə çıxacaq. “Real”ın heyətində Pepe, Qaret Beyl, “Atletiko”nun heyətində isə Xuanfran, Ximenes və Fernandes zədə üzündən görüşü buraxmalı olacaqlar.

Bu, Madridin ev sahibliyi etdiyi 28-ci avrokubok yarımfinalıdır. Hər iki komanda avrokuboklarda beşinci dəfə üz-üzə gələcəklər.

Dieqo Simeonenin komandası UEFA Çempionlar Liqasının 2013-2014-cü və 2015-2016-cı il mövsümlərinin final qarşılaşmalarında “Real Madrid”ə məğlub olub.

Oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab qarşılaşması isə bir həftə sonra keçiriləcək.

Yarımfinal mərhələsinin digər matçı mayın 3-də “Monako” və “Yuventus” komandaları arasında baş tutacaq.

Xəbər 573 dəfə oxundu.