Təlim iştirakçılarına sertifikatlar təqdim olunub
Xəbər verdiyimiz kimi, aprelin 17-də və 18-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında AFFA ilə əməkdaşlıq əsasında İxtisasartırma Proqramları çərçivəsində futbol jurnalistikası təlimi keçirilib.

Mayın 2-də ADBTİA-da təlimdə iştirak edən jurnalistlərə müvafiq sertifikatlar təqdim olunub.

Akademiyanın rektoru Fuad Hacıyev sertifikatları təqdim edərək təlimdə iştirak etmiş media nümayəndələrinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Xəbər 633 dəfə oxundu.