Futbol üzrə Azərbaycan birinci divizionunun medalçıları mükafatlandırılıb
Futbol üzrə Azərbaycan birinci divizionunun medalçıları mükafatlandırılıb.

AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə “Səbail”ə gümüş, “Ağsu”ya bürünc medallar verilib.

Eyni zamanda əvəzedici heyətlər arasında keçirilən yarışın bombardiri Şahin Əliyev (“Qarabağ”), eləcə də I divizionda eyni uğura imza atmış Oruc Balaşlı (“Zaqatala”) mükafatlarına qovuşublar.

Xüsusi mükafatları və medalları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib.

Xəbər 689 dəfə oxundu.